Əlaqə Arxiv
news Image
2015.09.04
16:42
| A A A
11 yaşındakı uşaq evə zorla girən adamı öldürüb

Movqe.az xəbər verir ki, ABŞ-ın Missouri əyalətinə bağlı St. Louis şəhərində qardaşıyla evdə tək qalan 11 yaşındakı uşaq, evə zorla girməyə çalışan adamı silahla öldürüb.

CNN-nin xəbərinə görə səlahiyyətlilər, adı açıqlanmayan uşağın özünü və 4 yaşındakı qardaşını müdafiə etmək üçün evlərinə zorla girməyə çalışan 16 yaşındakı oğlanı başından vuraraq öldürdüyünü açıqlayıb.

Polis 11 yaşındakı uşaq ilə anasının sorğu-sual etmək üçün nəzarətə alıb.

İki qardaşın niyə evdə buraxıldığı və silaha necə götürdükləri hələ bilinmir.

Movqe.az

Tərcümə etdi: Nihat Hüseynzadə

Sizin Reklam Yeriniz