Əlaqə Arxiv
news Image
2015.09.07
13:30
| A A A
Bakıda mənzilə basqın etməkdə şübhəli bilinən şəxslər tutulub

Bakıda mənzilə basqın etməkdə şübhəli bilinən şəxslər tutulub.

Movqe.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi, Xəzər Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 1-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 1-də saat 12:20 radələrində H.Z.Tağıyev küçəsində yeni yaşayış sahəsində yaşayan 1946-cı il təvəllüdlü Nelli Seyfullayevanın evinə maskalanaraq açıq qapıdan daxil olmaqla, onun əl-qolunu bağlayıb 1000 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən şəxslər tutulub.


Məlumata görə, saxlanılan şəxslər Sabirabad rayon sakini, 1983-cü il təvəllüdlü İlham Zakir oğlu Abbasov, Abşeron rayon sakini, 1986-cı il təvəllüdlü Əli Xanəli oğlu Quliyev və Lənkaran rayon sakini, 1985-ci il təvəllüdlü Teyyub Əhmədulla oğlu Teymurovdur. Şübhəli şəxslər ətrafında, əməliyyat-axtarış, istintaq tədbirləri davam etdirilir.


Sizin Reklam Yeriniz