Əlaqə Arxiv
news Image
2015.09.07
13:55
| A A A
Bakıda oğurluqda şübhəli bilinən azyaşlılar saxlanılıb

Bakı şəhərində oğurluqda şübhəli bilinən azyaşlılar saxlanılıb.

Movqe.az xəbər verir ki, Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 31-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 2-də saat 14 radələrində Ramana qəsəbəsində yerləşən internet klubda qəsəbə sakini İbrahim Salayevin mobil telefonunu masanın üzərindən oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 2001-ci il təvəllüdlü Heydər Əmrahov müəyyən olunaraq saxlanılıb.

Xətai Rayon Polis İdarəsi 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 5-də saat 16 radələrində Sarayevo küçəsində Ramiz Mustafayevə məxsus velosipedi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri – 2001-ci il təvəllüdlü İlkin Vəliyev və 2003-cü il təvəllüdlü Tural Əbilov müəyyən olunaraq saxlanılıb.


Sizin Reklam Yeriniz