Əlaqə Arxiv
news Image
2015.09.08
10:15
| A A A
Vanda polis avtomobilinə hücum olub, yaralanan var

Türkiyədə növbəti dəfə polisə silahlı hücum olub.

Movqe.az xəbər verir ki, Vanın Başkale rayonunda patrul vəzifəsi edən zirehi polis vasitəsinə qumbaraatan və əl istehsalı partlayıcı ilə hücum edilib.

İnsident nəticəsində yaralanan 1 polis əməkdaşı xəstəxanaya çatdırılıb.

Bundan başqa Vanın İpekyolu rayonunda polisə məxsus nəqliyyat vasitəsi PKK terrorçularının hücumuna məruz qalıb. Ölən ya da yaralanan olmadığı hücumun ardından hadisə yerinə çox sayda polis qüvvələri cəlb edilib.

Bölgədə əməliyyatın başlandığı bildirilir.


Sizin Reklam Yeriniz