Gəncədə yolu süpürən qadını maşın vurub
Gəncədə yol süpürən qadını maşın vurub.
Movqe.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə şəhərin Nizami küçəsində qeydə alınıb. Yolu süpürən 1983-cü il təvəllüdlü Rəsmiyyə İsmayılova yolla hərəkət edən avtomobil tərəfindən vurulub. Müxtəlif bədən xəsarətləri alan qadın dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.