Əlaqə Arxiv
news Image
2015.09.08
14:50
| A A A
Bakıda oğurluqda şübhəli bilinən şəxslər tutulub

Bakıda oğurluqda şübhəli bilinən şəxslər tutulub.

Movqe.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, sentyabrın 6-da gecə saatlarında S.Vurğun küçəsində Salyan rayon sakini Mübariz Əsgərova məxsus "VAZ-21011" markalı avtomobildən, açar seçmə yolu ilə maqnitafon, mobil telefon, təmir alətləri, şəxsi sənədləri oğurlanıb.

Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Çingiz Renadoviç Tahirov tutulub.

Xətai rayon Polis İdarəsi 36-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 3-də axşam saatlarında Əbilov küçəsində Fikrət Fərmanovun evindən, açıq qapıdan keçməklə televizor oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, 1994-cü il təvəllüdlü Sücəddin Nurəddin oğlu Əlizadə saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsi Təhlükəsiz Şəhər Xidməti, və Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Şamil Nağıyevə məxsus velosipedi oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, 1981-ci il təvəllüdlü İkram Fikrət oğlu Əhmədov tutulub.

Hər bir faktla bağlı araşdırma aparılır.


Sizin Reklam Yeriniz