Əlaqə Arxiv
news Image
2015.09.08
15:00
| A A A
PKK Türkiyə-Azərbaycan sərhədindəki gömrük-keçid məntəqəsinə hücum edib, 10 polis şəhid olub

Ərazidə terrorçularla təhlükəsizlik qüvvələri arasında atışma davam edir


Türkiyənin İğdır vilayəti ərazisində, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən Dilucu gömrük-keçid məntəqəsində çalışan polislər PKK terrorçularının hücumuna məruz qalıb.

Movqe.az xəbər verir ki, hadisə bu gün səhər İğdırın Həsənxan kəndi yaxınlığında baş verib. Polisləri gömrük məntəqəsinə aparan mikroavtobus terrorçular tərəfindən partladılıb.

İlkin məlumata görə, 10 polis məmuru şəhid olub, 3-ü ağır yaralanıb.

Hazırda ərazidə terrorçularla təhlükəsizlik qüvvələri arasında atışmanın davam etdiyi xəbər verilir.



Sizin Reklam Yeriniz