Bakıda 22 yaşlı gənc bıçaqlanıb
Bakıda 22 yaşlı gənc bıçaqlanıb.
Movqe.az xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb. Belə ki, Heydər Əliyev parkında 22 yaşlı Fərhad Poladovla tanışı arasında mübahisə düşüb. Mübahisə zamanı tanışı üzərində gəzdirdiyi bıçaqla Fərhada ayağından bir zərbə endirib. Daha sonra o, tanışını yaralı vəziyyətdə qoyaraq hadisə yerindən qaçıb. Yaralı təcili tibbi yardım vasitəsi ilə xəstəxanaya çatdırılıb. 3 saylı şəhər kliniki xəstəxanasından verilən məlumata görə, yaralının həyatı üçün təhlükə yoxdur.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.