Əlaqə Arxiv
news Image
2015.09.09
10:00
| A A A
Biləsuvar və paytaxtda ev yanıb, xəsarət alan var

Biləsuvar və paytaxtda yanğın hadisəsi qeydə alınıb.

Movqe.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Biləsuvar rayonunda yanğın Təzəkənd kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 104 kv.m olan 1 mərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə, evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın zamanı ev sahibi əl nahiyəsindən yanıq xəsarətləri alıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Bakı şəhərinə yanğın Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 1 mərtəbəli 2 otaqlı evdə baş verib. Nəticədə evin yanar konstruksiyası və ev əşyaları 65 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.



Sizin Reklam Yeriniz