Əlaqə Arxiv
news Image
2015.09.11
10:00
| A A A
Bakıda 47 yaşlı kişi bıçaqlanıb

Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Movqe.az-ın məlumatına görə, hadisə Əmircan qəsəbəsində qeydə alınıb.

Belə ki, Sabir küçəsində yaşayan 47 yaşlı Etibar Zabit oğlu Aydınbəyov təcili tibbi yardım maşını ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Müayinə zamanı həkimlər yaralının qarın nahiyəsində iki bıçaq xəsarəti aşkarlayıblar. Hadisə barədə polisə məlumat verilib. Yaralı Etibar Aydınbəyov bir gün əvvəl tanımadığı şəxs tərəfindən bıçaqlandığını bildirib. Hazırda Suraxanı polisi yaralının verdiyi ifadənin düzgünlüyünü və hadisənin kim tərəfindən törədilməsini araşdırır.

Faktla əlaqədar cinayət işi başlanıb.


Sizin Reklam Yeriniz