Əlaqə Arxiv
news Image
2015.09.11
15:51
| A A A
Kafedə bir nəfəri bıçaqlayaraq öldürən qardaşların şikayəti təmin olunmayıb

Bakı Apellyasiya Məhkəməsində qətldə təqsirləndirilən qardaşların apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

Movqe.az-ın məlumatına görə, şikayət təmin olunmayıb.

Qeyd edək ki, ötən il noyabrın 1-i gecə saat 02.40-da Yasamal rayonu, M.Həsənov küçəsi, 69 ünvanında yerləşən "Günəş" kafesində kütləvi dava baş verib.

Münaqişə zamanı Rəsul Süleymanov bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.Bundan əlavə, Tofiq Mehdiyev, Sakit Qasımzadə və qardaşı Səfər bıçaqlanıblar. Onları xilas etmək mümkün olub.

Hadisəni törətməkdə təqsirləndirilən Sənan Zeynalov, qardaşı Samir və Elvin Əhmədli tutulub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sənan Zeynalov 19 il, Elvin Əhmədli 4 il, Samir Zeynalov 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.


Sizin Reklam Yeriniz