Əlaqə Arxiv
news Image
2015.09.11
15:56
| A A A
Sabiq bank əməkdaşının şikayəti əsasında məhkəmə başlayıb

Bakı Apellyasiya Məhkəməsində "Parabank" Açıq Səhmdar Cəmiyyətinin Nizami filialının sabiq kredit mütəxəssisi Orxan Uğurluzadənin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb.

Movqe.az-ın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası sentyabrın 23-nə təyin edilib.

İttiham aktına görə, O. Uğurluzadə bir neçə nəfərlə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək müvafiq sənədlərin məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə səlahiyyətlərindən sui-istifadə edib aldatma yolu ilə 228 şəxsə kreditlərin ayrılmasına nail olaraq ümumilikdə 127 min 804 manat məbləğində banka məxsus külli miqdarda əmlakı ələ keçirib.

Orxan Uğurluzadəyə Cinayət Məcəlləsinin 178.3.2 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrinə əsasən ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O. Uğurluzadə 8 il müddətinə azadlıqdan məhrum edilib.


Sizin Reklam Yeriniz