Əlaqə Arxiv
news Image
2015.09.11
19:01
| A A A
Azərbaycanda soyğunçuluq və quldurluqda şübhəli bilinən şəxslər tutulub

Azərbaycandasoyğunçuluq və quldurluqda şübhəli bilinən şəxslər tutulub.

Movqe.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 8-də Ağsevən Kərimovanın qızıl boyunbağısını soyğunçuluq yolu ilə almış Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Şabiyev saxlanılıb.

Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə sentyabrın 8-də İbrahim Həmidlinin 85 manatını və mobil telefonunu quldurluq yolu ilə almış Zamiq Paşayev adlı vətəndaş tutulub.

Hər bir faktla bağlı araşdırma aparılır.


Sizin Reklam Yeriniz