Əlaqə Arxiv
news Image
2015.09.12
15:20
| A A A
Bakıda 35 yaşlı kişi bıçaqlanıb

Bakıda 35 yaşlı kişi bıçaqlanıb.


Movqe.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.

Rayonun "Binə Südçülük Savxozu" adlanan ərazisində 35 yaşlı Rayf Rzayev naməlum şəraitdə şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə 3 saylı Sabunçu Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır olduğu üçün dərhal əməliyyata götürülüb. Hadisə yerinə Xəzər Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Rauf Rzayevi bıçaqlayan şəxsin tutulub istintaqa verilməsi üçün əməliyyat axtarışlara başlanılıb.

Sizin Reklam Yeriniz