Əlaqə Arxiv
news Image
2015.09.13
13:05
| A A A
Tovuzda "Ford" markalı mikroavtobus qəzaya düşüb, sürücü xəsarət alıb

Tovuzda sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Movqe.az-ın  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə əsasən, rayonun Cəlilli kəndində "Ford" markalı mikroavtobus idarəetməni itirərək yol kənarına çırpılıb. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürən-xilasedicilər müxtəlif bədən xəsarəti almış sürücünü çıxarılıb və adiyyatı üzrə təhvil verib. Əməliyyat saat 22:40-da başa çatıb.

Sizin Reklam Yeriniz