Bakıda uşaq mənzildə köməksiz vəziyyətdə qalıb
Bakının Sabunçu rayonunda mənzildə bir azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, dərhal hadisə yerinə xilasetmə qüvvələri cəlb olunub.
Xilasedicilər qonşu mənzilin eyvanından 5-ci mərtəbədə yerləşən mənzilin eyvanına enərək içəri daxil olublar.
Xilasedicilər tərəfindən yatmış vəziyyətdə aşkarlanmış azyaşlı aidiyyəti üzrə təhvil veriliblər.