Gəncədə iki nəfər bıçaqlanıb
Gəncədə bıçaqlanma qeydə alınıb.
Movqe.az-ın məlumatına görə, Sentyabrın 14-də gecə iki nəfər bıçaqlanma ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Onlardan biri, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Müqabil Kərimov, digəri isə Göygöl rayon sakini Sərxan Məhərrəmovdur.
Hər iki şəxs cərrahiyə şöbəsində əməliyyat edilib, vəziyyətləri kafi qiymətləndirilir.
Hadisənin səbəbləri və kim tərəfindən törədildiyi hələlik bilinmir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.