Şabran sakini toyda zəhərlənib
Şabran rayonunda zəhərlənmə baş verib.
Movqe.az-ın verdiyi məlumata görə, rayonun Mollakamallı kənd sakini, 54 yaşlı Meyrannisə Musayeva Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Onun toyda qidadan zəhərləndiyi bildirilir.
İlkin tibbi yardımdan sonra o evə buraxılıb.