Əlaqə Arxiv
news Image
2015.09.14
11:50
| A A A
Balakəndə 53 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb

Balakəndə 53 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.


Rayon Polis Şöbəsindən (RPŞ) Movqe.az-ın verdiyi məlumata görə, rayonun Qullar kənd sakini, 1962-ci il təvəllüdlü Fərhad Əhməd oğlu Əhmədov yaşadığı evdə 6-7 metr hündürlüyündə olan su çənində təmir işləri apararkən ehtiyatsızlıqdan yıxılıb.Müxtəlif dərəcəli bədən xəsarətləri alan Fərhad Əhmədov Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

Balakən RMX-dan verilən məlumata görə, ağır kəllə-beyin travması və hər iki qolun bilək nahiyəsinin sınığı dioqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Fərhad Əhmədov aldığı xəsarətlərdən sentyabrın 13-dən 14-ə keçən gecə orada ölüb.

Faktla bağlı Balakən rayon Prokurorluğunda araşdırma aparılır.


Sizin Reklam Yeriniz