Göygöl rayonunda 25 yaşlı oğlan intihar edib
Azərbaycanın Göygöl rayonunda intihar hadisəsi baş verib.
Movqe.az-ın məlumatına görə, hadisə rayonun Balçılı kəndində qeydə alınıb. Kənd sakini, 1990-cı il təvəllüdlü Emil Tağıyev kənddə yerləşən yüksəkgərginlikli elektrik dirəyinə çıxaraq, naqilə toxunub və hadisə yerində ölüb.
Yaxınlarının sözlərinə görə E. Tağıyev toy mərasimində iştirak edib, evə qayıtdıqdan sonra intihar edib.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma gedir.