Əlaqə Arxiv
news Image
2015.09.14
14:45
| A A A
Bu il Bakıda baş vermiş yol qəzalarında 158 nəfər ölüb, 636 nəfər xəsarət alıb

Bu il yanvarın 1-dən sentyabrın 12-dək Bakı şəhərində baş vermiş yol qəzalarının statistikası açıqlanıb.


Movqe.az-ın məlumatına görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov APA-ya bildirib ki, sentyabrın 12-dək Bakı şəhərində 570 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Nəticədə 158 nəfər ölüb, 636 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

V. Əsədovun sözlərinə görə, yol-nəqliyyat hadisələrinin 47 faizi sürət həddinin aşılması, 50 faizi piyadaların vurulması, 24 faizi yol ayrıclarının keçmə qaydasını pozma, 16 faizi isə təhlükəli manevr etmə nəticəsində baş verib.



Sizin Reklam Yeriniz