Xaçmazda iki avtomobil toqquşub
Bu gün günorta saatlarında Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Movqe.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun 26-cı km-də qeydə alınıb. Xaçmaz şəhər sakini, 1975-ci il təvəllüdlü Şıxbala Zeynalovun idarə etdiyi 54 BD 518 dövlət nömrə nişanlı "VAZ 2106" markalı avtomaşınla 1974-cü il təvəllüdlü İsmayıl Məmmədovun idarə etdiyi 27 BL 840 dövlət qeydiyyatlı "Mercedes" toqquşub. Nəticəsində xəsarət alan olmasa da, maşınlara ciddi ziyan dəyib.
Faktla bağlı araşdırmalar davam etdirilir.