Soyğunçuluq törədən şəxslərin apellyasiya şikayəti təmin olunmayıb
Bakı Apellyasiya Məhkəməsində soyğunçuluqda təqsirləndirilən şəxslərin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.
Movqe.az-ın məlumatına görə, məhkəmənin qərarı ilə onların şikayəti təmin olunmayıb.
Qeyd edək ki, ötən il noyabrın 16-da soyğunçuluqda şübhəli bilinən Nicat Məmmədov, Rövşən İsayev və Ağsu rayon sakini Vüsal Həmzəyev tutulub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nicat Məmmədov 6 il 6 ay, Rövşən İsayev 6 il, Vüsal Həmzəyev 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan şəxslər cəzalarının azaldılması üçün apellyasiya şikayəti veriblər.