Qaradağ rayonunda iki avtomobil toqquşub, ölən və yaralananlar var
Bakının Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Movqe.az-ın məlumatına görə, Qaradağ rayon Polis İdarəsindən bildirilib ki, sentyabrın 13-də rayonunMüşfiqabad qəsəbəsində Masazır qəsəbə sakini Elnur Hacıyevin idarə etdiyi "VAZ-21154" markalı və Sumqayıt şəhər sakini Seymur Orucovun idarə etdiyi "Mitsubishi" markalı avtomobillər toqquşub. Nəticədə E. Hacıyevin sərnişini, Bakı şəhər sakini Tərlan Süleymanov hadisə yerində ölüb, hər iki sürücü və S.Orucovun 1 sərnişini xəstəxanaya yerləşdirilib.
Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.