Qəbələ şəhərində ölümlə nəticələnən yol qəzası baş verib
Qəbələ şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.
Movqe.az-ın DİN-nin saytına istinadın verdiyi məlumata görə, sentyabrın 13-də Qəbələ şəhərində rayon sakinləri Cumar Ağayevin idarə etdiyi "VAZ-21074" və Tural Rəsulovun idarə etdiyi "QAZ-32231" markalı avtomobillər toqquşub. Hər 2 sürücü və C.Ağayevin 3 sərnişini xəstəxanaya yerləşdirilib. C.Ağayev orada ölüb.
Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.