Əlaqə Arxiv
news Image
2015.09.15
12:44
| A A A
Paytaxtda bir gündə 3 piyada avtomobillə vurularaq ölüb
Dünən Bakıda 3 piyada avtomobillə vurularaq ölüb.

Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Movqe.az-a verilən məlumata görə, sentyabrın 14-də saat 10:40 radələrində A.Salamzadə küçəsində Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Kamil Hacıyev idarə etdiyi "Mercedes" C-240 markalı avtomobillə 1972-ci il təvəllüdlü Sədaqət Tağıyevanı və Lənkəran rayon sakini 1967-ci il təvəllüdlü Hikmət Babayevi vurub. Xəstəxanaya yerləşdirilən piyadalar orada ölüb. Faktla bağlı Yasamal RPİ-də araşdırıma aparılır.


Elə həmin gün saat 17.15 radələrində Biləcəri qəsəbəsi Ordubadi küçəsində Kürdəmir rayon sakini, 1970-ci il təvəllüdlü Arif Məmmədov idarə etdiyi "Kia-Sorento" markalı avtomobillə qəsəbə sakini, 1948-ci il təvəllüdlü Əbdül Quliyevi vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Faktla bağlı Binəqədi RPİ-də araşdrıma aparılır.


Sizin Reklam Yeriniz