Əlaqə Arxiv
news Image
2015.09.16
13:06
| A A A
Bakıda iki nəfər bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən bildirilib.

Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 20-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 13-də saat 03:30 radələrində Tbilisi prospektində Xırdalan şəhər sakini, 1980-ci il təvəllüdlü Rasim Hüseynova və Zaur Rzayevə bıçaqla ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən Şirvan şəhər sakini, 1980-ci il təvəllüdlü Nahid Əliyev tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Sizin Reklam Yeriniz