Movqe.az xəbər verir ki,Kolumbiyanın
Sabanalarga şəhərində keçirilən ənənəvi öküz
döyüşlərində 19 nəfər xəsarət alıb, yaralılardan
ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Kolumbiyada korralexa adlanan öküz döyüşləri
1920-ci ildən bəri oktyabr ayının əvvəlində təşkil edilir.
Hesablamalara görə hər il ən azı 20 nəfər bu oyunların qurbanına
çevrilir.Bu səbəbdən son vaxtlar bu cür döyüşlərin
keçirilməsinə garşı çıxanların sayı artıb.
Əksəriyyət öküz döyüşlərini qəddar praktika adlandıraraq onların dayandırılmasını tələb edirlər. Koralexanın tərəfdarları isə bu qədim ənənənin əksinə qoruyub nəsildən-nəsilə ötürülməsini istəyir. Korolexa həvəskarları sadəcə hesab edirlər ki, yalnız ədalətli qaydaların tədbiqinə ehtiyac var. Bu cür şənliklərə tamaşa etmək üçün dünyanın dörd bir tərəfindən Kolumbiyaya minlərlə turist gəlir. Korralexa oyunun sonunda öküzü öldürmək qadağan edilir.
İspan korridasından fərqli olaraq bu oyunda xüsusi qaydalar mövcud deyil. Xatırladaq ki, korridanın vətəni İspaniyada da onun tərəfdarları ilə əleyhdarları arasında qızğın mübahisələr gedir. Ötən ilin avqustunda ölkə parlamenti korridanı sənət növü və mədəni hal kimi qiymətləndirib. Eyni zamanda, öküz döyüşləri İspaniyanın iki muxtar ərazisində - Kanar adalarında və Kataloniyada qadağan edilib.