Bakıda daha bir intihar cəhdinin qarşısı alınıb
Bakıda intihar cəhdinin qarşısı alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytı xəbər
verir ki, Bakı şəhərinin Qaradağ rayonunda bir nəfər kərpicdən
tikilmiş 20 metrlik qülləyə çıxaraq intihar etmək niyyətini nümayiş
etdirib.
Xilasedicilər tərəfindən aparılan psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq aşağı endirilib və aidiyyəti üzrə təhvil verilib.