Saatlıda piyada qəza yerində öldü
Saatlı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə rayonun Qara Nuru kəndində baş verib. Kənd sakini Kamil Ağayev idarə etdiyi "Volkswagen" markalı avtomobillə yolu keçən həmkəndlisi Mədinə Həsənovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Saatlı eayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.