Əlaqə Arxiv
news Image
2012.10.19
18:37
| A A A
Görünməmiş vəhşilik - FOTO
Maltanın cənubundakı Birzebbuga bölgəsi yaxınlığında heyvan sağlamlığı qrupları boğazına qədər torpağa basdırılmış bir it tapıldığı xəbərini eşidən kimi axtarışa çıxıblar. Meşəlik ərazisinə getdiklərində torpağın üstündə yalnız üzü görünən və çətinliklə nəfəs ala bilən iti gördüklərində can verən  heyvanı xilas etmək üçün  dərhal torpağı qazmağa başlayıblar. Ağzı və gözlərinin içi qumla dolu olan it,  torpağı qazarkən "ağlayaraq" torpaqdan çıxardılmasını gözləyib. Uzun səylərin nəticəsində torpaqdan çıxardılan və təmizlənən it, qruplar tərəfindən heyvan sağlığı mərkəzinə aparılıb.Qrup üzvüləri torpağa basdırılmadan əvvəl bağlanaraq döyülən, "Ulduz"  adını verdikləri itin sağlamlığının yaxşı olduğunu bildiriblər. Bu ağlasığmaz vəhşilik ölkəni ayağa qaldırıb. Hadisəni eşidən heyvansevərlər itləri ilə birlikdə küçəyə çıxaraq heyvanlara edilən  şiddətə etiraz ediblər.
Sizin Reklam Yeriniz