Əlaqə Arxiv
news Image
2012.11.02
15:50
| A A A
"Hallowen party"də ölüm hadisəsi baş verib
Movqe.Az bildirir ki, İspaniyanın paytaxtı Madriddə təşkil edilən "Hallowen party"də  yaşanan izdiham 3 adamın ölümünə, 2 nəfərin yaralanmasına səbəb olub. Madrid Arena İdman Zalında təşkil edilən,''Thriller Music Party'' adlı yığıncaqda, giriş zamanı yaşanan izdihamda 2-si 18, biri 25 yaşlarında olan 3 ispan gənc qız dünyasını dəyişib, ağır yaralanan iki gənc qızın xəstəxanaya aparıldığı bildirilib. Yaralılardan birinin vəziyyətinin çox ağır olduğu söylənilib. İlk yardım qrupu Samurdan verilən məlumata görə, bir qrup gəncin ürəklərinin dayandığına dair çağırış gəldiyi və dərhal hadisənin baş verdiyi yerə gedildiyi bildirilib. Açıqlamada üç gənc qızın da hadisə yerində öldüyü də söylənilib. Samur, yığıncaqda cəmi 50 nəfərə sağlamlıq yardımı  göstərildiyini açıqlayıb. Hadisədən sonra da davam edən "Hallowen party" ilə əlaqədar polis istintaq açıb. Madrid bələdiyyə rəsmiləri isə izdiham və sonra baş verən ölümlərin təhlükəsizlik problemindən qaynaqlanmadığını bildiriblər. Şahidlər də 10 mindən çox adamın qatıldığı yığıncaqda, adamların çox olduğunu irəli sürərək, ''Tam bir dəhşət idi.'' deyiblər.
Sizin Reklam Yeriniz