Aprelin 15-də Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Səbail rayonu ərazisində, Salyan şosesi 32 ünvanının qarşısında 1992-ci il təvəllüdlü, Bakı şəhərinin Nərimanov rayon sakini Əliyev Emin Zirəddin oğlu idarə etdiyi "Mercedes" markalı avtomobili aşırıb. Hadisə zamanı yolun kənarındakı qoruyucu maneəyə çırpılan avtomobil daha sonra yol boyunca bir neçə dəfə çevrilib. Qəza nəticəsində avtomobilin 20 yaşlı sürücüsü hadisə yerindəcə keçinib. Onun sərnişini, 1993-cü il təvəllüdlü, Bakı şəhərinin Səbail rayon sakini Babayeva Xanım Taleh qızı isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, avtomobili idarə edən sürücü, 20 yaşlı E.Əliyev Polis Akademiyasının 2-ci kursunun müdavimidir. Faktla əlaqədar cinayət işi başlanılıb. İlkin ehtimala görə qəzaya yüksək sürət səbəb olub.