Əlaqə Arxiv
news Image
2012.11.08
12:34
| A A A
Azərbaycanda şagirdinə təcavüz edən müəllim bəraət istəyir

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilən Quba rayon sakini, 40 yaşlı Z. S. məhkəmə hökmündən apelyasiya şikayəti verib.
Z. S. barəsində çıxarılan hökmün ədalətsiz olduğunu bildirib. Şagirdini zorlamadığını deyən Z. S. apelyasiya şikayətdə qeyd edib ki, şərlənərək məsuliyyətə cəlb edilib. Şagirdini zorlamaqda günahkar bilinən müəllim azyaşlı qızın valideynlərinin ona şər atdığını bildirib. Z. S. apelyasiya şikayətində barəsində çıxarılan hökmün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını istəyib.
Bakı Ağır Cinayətlər Məhkəməsindən bildiriblər ki, Z. S.-nın apelyasiya şikayəti daxil olub və şikayətə baxılması üçün cinayət işinin materialları baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.
Ittihama görə, Quba rayonunun Aşağı Quşçu kənd sakini Z. S. azyaşlı qızlarla cinsi əlaqədə olub. Kəndin orta məktəbində ibtidai sinif müəllimi olan Z. S. dərs zamanı azyaşlı qızlara görüş təklif edib.
O, eləcə də qonşulquda olan Sevda (ad şərtidir-red.) ilə cinsi əlaqədə olmaq qərarına gəlib. Evdə tək olan ibtidai sinif müəllimi azyaşlı qızı evlərinə çağırıb. Heç nədən xəbəri olmayan azyaşlı qız müəllimin evinə gedir. Z.S. evə daxil olan qızı qucaqlayır və opməyə başlayır. O, daha sonra qızı soyunduraraq onunla cinsi əlaqədə olur.
Sevda Z. S. tərəfindən zorlanması barədə valideynlərinə danışır. Valideynləri də əxlaqsız müəllimin hərəkətləri barədə Quba rayon Polis Şöbəsinə şikayət edirlər. Şikayət əsasında Z. S. məsuliyyətə cəlb edilir və barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə cinayət işi başlayıb.
Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Z. S. cinayət işi üzrə qapalı keçirilən məhkəmə iclasında özünü təqsirli bilməyib. Zərərçəkmiş azyaşlı qız da anasının iştirakı ilə məhkəmədə dindirilib. O, ifadəsində ibtidai sinif müəllimi tərəfindən necə zorlanmasını məhkəmədə danışıb.

teleqraf.com

Sizin Reklam Yeriniz