Əlaqə Arxiv
news Image
2016.02.01
10:39
| A A A
Suriya paytaxtında baş verən terrorda ölənlərin sayı 76-ya çatıb

Suriyanın paytaxtı Dəməşqdə baş verən terror aktı nəticəsində ölənlərin sayı 76-ya çatıb.Movqe.az-ın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya Daxili İşlər Nazirliyinin məlumatında deyilir.Qeyd edək ki, yanvarın 31-də Suriya paytaxtının şiələr yaşayan məhəlləsində 3 partlayış baş verib. Partlayıcı qurğulardan biri uzaq məsafədən işə salınıb. Onunla eyni vaxtda yaxınlıqdakı avtobusda kamikadze özünü partladıb. Bir neçə dəqiqədən sonra isə daha bir terrorçu kamikadze partlayıcı qurğunu işə salıb.Terrora görə məsuliyəti İŞİD qruplaşması öz üzərinə götürüb.

Sizin Reklam Yeriniz