Əlaqə Arxiv
news Image
2016.02.02
11:18
| A A A
Gülər Əhmədovanın şikayəti üzrə məhkəmə prosesi təxirə salınıb

Bakı Apellyasiya Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.Movqe.az-ın APA-ya istinadən məlumatına görə, iclasda bildirilib ki, Gülər Əhmədova proses barədə məlumatlandırılsa da, məhkəməyə gəlməyib.G. Əhmədovanın vəkili Əfsər Talıbov isə deyib ki, müdafiə etdiyi şəxs özünü pis hiss etdiyinə görə prosesə qatılmayıb.Məhkəmə prosesi fevralın 9-dək təxirə salınıb. Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova deputat mandatından imtina edib. G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib.Bakı Apellyasiya Məhkəməsi isə Gülər Əhmədovanın barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib. O, 2014-cü il mayın 5-də 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıb.Daha sonra G. Əhmədova üzərindən məhkumluğun götürülməsi barədə ərizə ilə Yasamal rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə onun müraciətini rədd edib. Apellyasiya şikayəti həmin qərardan verilib.

Sizin Reklam Yeriniz