Əlaqə Arxiv
news Image
2012.11.20
15:05
| A A A
Bakıda hərbçilər qəzaya düşdü

Bakının mərkəzi prospektində yol qəzası baş verib. Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 20.15 radələrində Heydər Əliyev prospektində qeydə alınıb. 

"VAZ-2107" markalı maşının "Hyundai" markalı avtomobillə toqquşması nəticəsində "VAZ-2107"in sürücüsü və sərnişini xəsarət alıb. Xəsarət alanlar – sürücü Əli Xəlilov və sərnişini Elşən Adıgözəlovdur. Onların hərbçi olduğu bildirilir.

Faktla bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Sizin Reklam Yeriniz