Əlaqə Arxiv
news Image
2016.02.02
17:31
| A A A
Növbəti təyyarə qəzası - ölən və yaralananlar var

Dubayın "Daolla Hava Yolları"na aid bir sərnişin təyyarəsində partlayış baş verib. Movqe.az Bizimyol.info-ya istinadən xəbər verir ki, təyyarə Somalinin Mogadishu hava limanına təcili eniş edib. Partlayış təyyarə havaya qalxdıqdan beş dəqiqə sonra meydana gəlib. Partlayışdan sonra meydana gələn yanğın nəticəsində 2 nəfər həyatını itirib. Çox sayda yaralının olduğu bildirilir. İsveçin SVT telekanalının müxbirinin verdiyi məlumata görə, təyyarə eniş edərkən də yanırmış. Təyyarədə 180 sərnişinin olduğu qeyd edilir. 




Sizin Reklam Yeriniz