Əlaqə Arxiv
news Image
2016.02.08
09:30
| A A A
Krım-tatar Məclisinin binasında partlayış olub

Bakı vaxtı ilə gecə saat 4:50-də Krım-tatar Məclisinin Ukraynanın Xerson şəhərində yerləşən binasında partlayış baş verib.Movqe.az xəbər verir ki, bu barədə sosial şəbəkədəki səhifəsində Məclisin rəhbəri Refat Çubarov yazıb.Onun sözlərinə görə, binaya partlayıcı maddə, güman edildiyinə görə, qumbara atılıb. Partlayış nəticəsində zirzəminin qapısı dağıdılıb. Xəsarət alan yoxdur.Çubarov bu hadisəni rusiyapərəst qüvvələrin təxribatı kimi qiymətləndirib və ümid etdiyini bildirib ki, Ukrayna hüquq-mühafizə orqanları bu partlayışın sifarişçilərini və hadisəni törədənləri operativ şəkildə müəyyən edəcək.Hadisə yerində asayiş keşikçilərinin işlədiyi bildirilir.

Sizin Reklam Yeriniz