Əlaqə Arxiv
news Image
2012.11.21
14:30
| A A A
Həyat yoldaşının öldürülməsini telefonla dinlədi

Movqe.az xəbər veri ki, Antaliyada 2 aylıq hamilə Sevilay Cevkiroğlu izolyasiya təmir etmək üçün mənzilə gələn texnik tərəfindən boğazı kəsilərək öldürülüb. Mənzilə izolyasiya etmək üçün gələn texnik 28 yaşlı H.S, binanın 6-cı mərtəbəsində Cevkiroğlu ailəsinə aid qapı zəngini çalıb.

Evdə tək olan və cib telefonuyla yoldaşı, 32 yaşlı Tahir Cevkiroğlu ilə danışan 30 yaşlı Sevilay Cevkiroğlu qapını açıb.

İçəri girən oğru əlindəki kəsici alətlə Sevilay Cevkiroğlunun boğazını kəsib. Cib telefonu ilə danışarkən yoldaşına hücumu eşidən Tahir Cevkiroğlu qaçaraq mənzilə gəlib.

Hücuma uğrayan qadın xəstəxanada həyatını itirib.

Aparılan araşdırmada evdə qadına aid qızılların və bəzi qiymətli əşyaların oğurlandığı bilinib. Tutularaq nəzarətə alınan şübhəli H.S-nin üzərindən Cevkiroğlunun evindən oğurlanan qızıllar tapılıb.


Sizin Reklam Yeriniz