Əlaqə Arxiv
news Image
2016.02.10
14:52
| A A A
Bakı və Neftçala sakinlərindən silah-sursat götürülüb

Bakı və Neftçala sakinlərindən  silah-sursat götürülüb.Movqe.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Xəzər rayon 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mərdəkan qəsəbəsində yaşayan Samit İslamovun evindən lüləsi və qundağı kəsilmiş "İJ-16" markalı tüfəng, süngü bıçaq, patron darağı və 42 ədəd patron aşkarlanıb.Baş Cinayət Axtarışı İdarəsi və Neftçala rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Neftçala rayon sakini Qüdrət Salahovdan "TOZ-8" markalı tüfəng və 2 ədəd patron götürülüb. 

Sizin Reklam Yeriniz