Külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsinin qarşısı alınıb
Azərbaycan gömrükçüləri külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkəyə keçirilməsinin qarşısını alıb.Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Movqe.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin əməkdaşları daxil olan məlumat əsasında Gəncə şəhər sakini Məmmədov Şaiq Murad oğlunun idarə etdiyi "Ford Transit" markalı 20-DR-224 dövlət nömrə nişanlı avtomobilə baxış keçirib. Yoxlama zamanı avtomobildən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən və üzərində aksiz markası olmayan 40 min ədəd siqaret aşkar edilərək götürülüb.