Azərbaycan paytaxtında 34 yaşlı kişi qətlə yetirilib
Bakıda qətl törədilib. Bu barədə APA-ya Yasamal Rayon Prokurorluğundan bildirilib.
Hadisə Yeni Yasamal yaşayış massivində qeydə alınıb. Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Telman Səfərov naməlum şəxs tərəfindən bıçaqlanıb. Xəstəxanaya çatdırılan T. Səfərov aldığı xəsarətdən orada ölüb.
Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.