Əlaqə Arxiv
news Image
2016.02.29
09:45
| A A A
İŞİD liderinin arvadı qaçdı

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının lideri Əbubəkir əl Bağdadinin arvadlarından biri qaçıb.

Movqe.az Əl Sumaria-ya istinadən bildirir ki, alman Diana Krüger İraqın şimalındakı Naynava vilayətindəki malikanəni axşam saatlarında tərk edib. O, iki xidmətçisi ilə birlikdə qaçıb.

Hirsindən çılğına dönmüş əl Bağdadinin arvadının axtarışlarına İŞİD-in "komandos" dəstəsini yolladığı deyilir. Terrorçular D.Krügeri xidmətçiləri ilə birlikdə ələ keçirməlidir.

İŞİD lideri ilə Diana Krügerin toyu ötən ilin oktyabrın 8-də İraqın Naynava şəhərində, məxfi şəkildə keçirilmişdi.

Toydan 5 gün sonra Diana Krüger İŞİD-in "qadınlar üzrə Şəriət məhkəməsinin baş hakimi" təyin olunmuşdu.

Sizin Reklam Yeriniz