2011-ci ilin yanvar ayında Pakistanın Pəncab əyalətinin qubernatoru Salman Tasiri qətlə yetirən cangüdəni, polis Mumtaz Kadri 4,5 ildən sonra edam edilib.
Movqe.az AZƏRTAC-a istinadən bildirir ki, M.Kadri müstəntiqlərə deyib ki, qubernatoru "İslam naminə" öldürüb. O bildirib ki, qubernator ölkədə fəaliyyət göstərən islam qanunlarının əleyhinə açıq çıxışlar edib, "Kafirlik haqqında" Qanunun əleyhinə çıxıb.
Qeyd edək ki, "Kafirlik haqqında" Qanun 1980-ci illərin ortalarında hərbi diktator Ziya ul-Həqqin hakimiyyəti dövründə qəbul edilib və ölkədə islam dəyərlərini tənzimləyir.
Qanun müsəlmanların dini heysiyyətini, müqəddəs Quranı təhqir edənlərə, Məhəmməd peyğəmbər haqqında təhqiramiz ifadələr işlədənlərə və bu kimi digər hərəkətlərə yol verən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutur.