Əlaqə Arxiv
news Image
2016.02.29
16:06
| A A A
Moskvada uşağın başını kəsən dayənin kimliyi müəyyən olunub

Moskvada uşağın başını kəsən dayənin kimliyi müəyyən olunub. Movqe.az-ın "Moskovskiy Komsomolets" nəşrinə istinadən verdiyi məlumata görə, bu, 1978-ci il təvəllüdlü Özbəkistan vətəndaşı Gülçöhrə Bobokulovadır.  Dayənin Rusiyada qeyr-qanuni çalışdığı bildirilir.Qeyd edək ki, G. Bobokulova 4 yaşlı qızın başını kəsdikdən sonra mənzili yandırıb. Sonra uşağın kəsilmiş başını götürərək "Oktyabrskoye pole" metro stansiyasına yollanıb. G. Bobokulova metronun girişində "Allahu Əkbər" qışqırıb və özünü partlatmaqla hədələyib. Polis ərazini mühasirəyə aldıqdan sonra qadını saxlamaq mümkün olub.

Sizin Reklam Yeriniz