Ermənistan prezidenti jurnalisti hədələdi
Fransalı jurnalist Ermənistan prezidentinin qəzəbinə tuş gəlib
Movqe.Az xəbər verir ki, Fransalı jurnalist
Ermənistan prezidenti tərəfindən hədələnib. Fransada rəsmi səfərdə
olan Ermənistan prezidenti Serj Sarkisyan özəl müsahibə verdiyi
jurnalistin korrupsiya və Əsəd rejimi ilə əlaqələrinə dair
suallarına sərt reaksiya verib.
Müsahibə alan "France-3" telekanalının müxbiri Olivier Mişel verdiyi açıqlamada müsahibədən sonra Sarkisyanın yaxınları tərəfindən hədələndiyini deyib: "Sarkisyana Ermənistadakı korrupsiya və Suriya ilə əlaqələri barədə sual verdim. Müsahibədən sonra tərcüməçi qadın məni kənara çəkərək hədələdi. Erməni nazir isə məni barmağı ilə hədələdi".