Əlaqə Arxiv
news Image
2012.11.30
11:05
| A A A
Bomba həyəcanına rəsmi münasibət

Axtarışlar nəticəsində Gənc Tamaşaçılar Teatrında partlayıcı qurğu və şübhəli əşya aşkar edilməyib.

Bakı şəhəri, Səbail rayonunda yerləşən Gənc Tamaşaçılar Teatrının binasında partlayıcı qurğu olması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Nazirliyin rəsmi saytına istinadən verilən məlumata görə, dərhal nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

 Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri gördükdən sonra nazirliyin mütəxəssisləri digər aidiyyəti qurumların əməkdaşları ilə birlikdə binada və ətrafında axtarışlar aparıb.

Axtarışlar nəticəsində partlayıcı qurğu və şübhəli əşya aşkar edilməyib.

Sizin Reklam Yeriniz