Əlaqə Arxiv
news Image
2016.04.06
09:45
| A A A
Çinin sabiq hərbi məmuru 12 milyon dollar rüşvət almaqda təqsirkar bilinib

Antikorrupsiya təhqiqatında adı hallanan Çinin Mərkəzi Hərbi Şurası sədrinin sabiq müavini, Siyasi Büronun keçmiş üzvü Qo Bosyun 80 milyon yuan (12,3 milyon dollar) rüşvət almaqda təqsirkar bilinib.


Movqe.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Qo Bosyun barəsində təhqiqat başa çatıb və cinayət işi məhkəməyə təhvil verilib. O, keçən ilin iyul ayında Çin Kommunist Partiyası sıralarından xaric edilib və 1949-cu ildən bəri tribunal qarşısına çıxarılan ən yüksək rütbəli hərbi məmur olub.


Xatırladaq ki, Çinin hazırki lideri Si Tsinpinin təşəbbüsü ilə başlayan miqyaslı antikorrupsiya kampaniyası 2014-cü ildən etibarən ordu sıralarında da vüsət alıb. 74 yaşlı Qo Bosyunla əlaqəlı olan çox sayda yüksək vəzifəli hərbçilər, həmçinin onun oğlu – general-mayor Qo Çjenqan, keçmiş sədr müavininin iş yoldaşı və dostu Syuy Çayxou korrupsiyada ittiham ediliblər. Sonuncu keçən ilin mart ayında məhkəmə ərəfəsində dünyasını dəyişib.

Sizin Reklam Yeriniz