Əlaqə Arxiv
news Image
2016.04.07
16:36
| A A A
Əli İnsanova qarşı şikayət təmin edildi

Bu gün Bakı Apelyasiya Məhkəməsində Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ramin Muradovun həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanova qarşı məhkəmə qərarından verdiyi apelyasiya şikayətinə baxılıb.Movqe.az-ın trend-ə istinadən məlumatına görə, hakim Cahangir Yusifovun sədrliyi ilə keçirilən prosesdə apelyasiya şikayəti qismən təmin edilib. İş baxılması üçün yenidən birinci instansiya məhkəməsinə göndərilib.


Xatırladaq ki, bir müddət əvvəl Ə.İnsanovun qarajı sökülüb. Bununla əlaqədar Vəfa Əlizadə adlı şəxsin Ə.İnsanova 50 min manat məbləğində pul ödəməsi barədə Nəsimi rayon məhkəməsi qərar çıxarıb. Həmin qərarın icrası məqsədilə Ə.İnsanov V.Əlizadənin səhmlərinin üzərinə həbs qoyulması barədə təqdimat verib. Məhkəmə təqdimatı təmin edərək qərardad çıxarsa da, Nəsimi rayon İcra şöbəsi icra etməyib. Bununla bağlı Ə.İnsanovun vəkili 1 saylı İnzibati-İqtisadi Məhləməsinə müraciət edib. Məhkəmə sabiq nazirin şikayətini qismən təmin edib. Qərardan narazı qalan Nəsimi rayon İcra şöbəsinin icra məmuru R.Muradov apelyasiya şikayəti verib.


Qeyd edək ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həsb edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum olunub.

Sizin Reklam Yeriniz